40 yaşlı qapıçı bir oyunla məşhurlaşdı, izləyici sayı 45 mindən milyon yarıma çatdı

40 yaşlı qapıçı bir oyunla məşhurlaşdı, izləyici sayı 45 mindən milyon yarıma çatdı

Futbol üzrə Kabo Verde milli komandasının qapıçısı Vozinya (Jozimar Diaş) bir oyunla məşhurlaşıb.

"Mediasport" xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-da ilk turun İspaniya ilə matçında 7 seyv edərək gündəm olub.

0:0 hesabı ilə başa çatan qarşılaşmanın ən yaxşısı seçilən "Şaviş"in üzvü sosial mediada fenomenə çevrilib.

Sosial şəbəkə hesabında 45 min izləyicisi olan Vozinyanın səhifəsini bəyənənlərin sayı birdən-birə 1,4 milyonu keçib.