Azərbaycan güləşçisindən dünya çempionatında gümüş medal

 Azərbaycan güləşçisindən dünya çempionatında gümüş medal

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, 7-ci yarış günündə son medalçılar müəyyənləşib.

Azərbaycan komandasının bir üzvü bu mundialda ölkəmizə ilk və son qızıl medalı qazandırmağa yaxın olsa da, alınmayıb.

51 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz İbrahim Həsənov final qarşılaşmasında İran təmsilçisi Benyamin Aşoften Mayvana uduzaraq 2-ci yeri tutub - 1:5.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatında Azərbaycanı 9-u qız olmaqla, 29 güləşçi təmsil edib.

Əvvəlki yarış günlərində yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal əldə ediblər.