6 komanda bu gün Çempionlar Liqasında 3-cü raunda yüksəldi
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə 6 oyun baş tutub.
Bununla da ilk 6 komanda 3-cü raunda vəsiqəni təmin edib.
Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın "Eqnatiya" klubu Sloveniyada penaltilər seriyasında mübarizəni dayandırıb.
Düşərgəyə gec qoşulduğu üçün müdafiəçinin adı iştirak ərizəsinə salınmayıb.
Mərhələyə bu gün 8 qarşılaşma ilə yekun vurulacaq.
UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları
"KuPS" (Finlandiya) – "Sabah" (Azərbaycan) (ilk oyun - 0:1) 0:2
"Linkoln" (Cəbəllütariq) – "Myalbü" (İsveç) (ilk oyun - 0:3) 0:0
"Dinamo" Zaqreb (Xorvatiya) – "Tun" (İsveçrə) (ilk oyun - 1:1) 2:2, ə.v. - 1:0
"Çelye" - "Eqnatiya" (Albaniya) (ilk oyun - 3:3) 1:1, ə.v. - 1:1, pen., - 4:1
"Harts" (Şotlandiya) – "Şturm" (Avstriya) (ilk oyun - 0:4) 0:2
"Şamrok" (İrlandiya) – "Ararat-Armeniya" (Ermənistan) (ilk oyun - 0:2) 2:1


