Elvin Cəfərquliyev zədələndi

Elvin Cəfərquliyev zədələndi

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

"Mediasport" xəbər verir ki, bir müddətdir baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılan müdafiəçi əvəzedicilərin heyətində "Kəpəz"lə görüşdə zədə alıb.

Matçın 65-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan milli üzvü iki dəqiqə sonra zədələnərək meydanı tərk edib.

Xatırladaq ki, Elvin komanda yoldaşı Abbas Hüseynovla birlikdə intizam qaydalarını pozduğu üçün cəzalandırılıb.