Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, həftənin qalibi Madrid "Real"ının hücumçusu Kilian Mbappe seçilib.
"Olimpiakos"la səfər görüşündə 4 qol vuran fransalı forvard bütün rəqiblərini qabaqlayıb.
O, səsvermədə PSJ-dən Vitinya, “Olimpik Marsel”dən Pyer-Emerik Obameyanq və Dortmund “Borussiya”sından Seru Girassini geridə qoyub.
