Fransa prezidentindən PSJ - "Bayern" matçına maraqlı proqnoz

Fransa prezidentindən PSJ - "Bayern" matçına maraqlı proqnoz

"Mən "Marsel" (Olimpik) azarkeşiyəm, amma bu axşam PSJ oynayır və onları dəstəkləyəcəyəm. Fikrimcə, PSJ "Bayern"ə 3:1 hesabı ilə qalib gələcək".

"Mediasport" xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Dövlət başçısı Andorra Krallığına səfəri zamanı tələbələrlə görüşdə onların oyunla bağlı sualını cavablandırıb.

Makron qeyd edib ki, bu mövsüm UEFA Çempionlar Liqasının qalibinin hansı klub olacağını proqnozlaşdırmaq isə çox çətindir:

"Əminliklə nəsə demək olmaz. Çətin məsələdir. Lakin PSJ möhtəşəm komandadır.

Yeri gəlmişkən, bizim Fransa milli komandamız da superdir. Didye Deşama inanıram".

Xatırladaq ki, ÇL-in yarımfinal mərhələsində PSJ ilə "Bayern" arasında ilk matç bu axşam Bakı vaxtilə saat 23:00-da Parisdə start götürəcək.