Tuncay Şanlı "Fənərbağça"da
Türkiyə milli komandası və "Fənərbağça" əfsanəsi Tuncay Şanlının yeni iş yeri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, veteran hücumçu keçmiş klubunda fəaliyyət göstərəcək.
Sabiq forvard İstanbul klubunun akademiyasında İnkişaf direktoru vəzifəsini icra edəcək.
43 yaşlı Şanlı akademiya ilə əsas komanda arasında əlaqələrin inkişaf etdirilməsi yönündə çalışacaq.
Xatırladaq ki, 2022-2007-ci illərdə "bülbüllər"in formasını geyinmiş Tuncay karyerasını başa vurduqdan sonra "Sakaryaspor", "Ümraniyəspor" və "Çorum"da baş məşqçi olub.
