"Sumqayıt" Qəbələ toplanışında Qətər klubu ilə qarşılaşacaq
“Sumqayıt” futbol klubunun yay-hazırlıq planı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, komanda bu gündən yeni mövsümün hazırlıqlarına başlayıb.
İyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək komanda ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub.
"Gənclik şəhəri" təmsiçisi iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli”, 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivləri ilə qarşılaşacaq.


