Əliyar Ağayev müharibəyə görə Azərbaycana qayıda bilmir
FİFA referisi Əliyar Ağayev çətin vəziyyətə düşüb.
"Mediasport" xəbər verir ki, bir neçə gün əvvəl Küveytə yollanmış referi Azərbaycana geri qayıda bilmir.
Küveyt Kubokunda bir neçə matçı idarə etmiş ədalət təmsilçisi ABŞ-İsrail-İran müharibəsinə görə çıxılmaz situasiya ilə üzləşib.
Bölgədə yaranmış hərbi gərginlik səbəbindən Küveytdə hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb və beynəlxalq uçuşlar dayandırılıb.
