Millimiz 1/8 finala vəsiqə qazandı
Türkiyədə keçirilən kamandan oxatma üzrə Avropa Çempionatında "Klassik Yay"növündə mübarizə aparan qadın yığmamız növbəti mərhələyə yüksəlib.
"Mediasport" xəbər verir ki, komanda yarışlarında keçirilən qarşılaşmada Çexiyanı 2-6 hesabı ilə məğlub edən idmançılarımız 1/8 finala vəsiqə qazanıblar.
Yığmamızın növbəti rəqibi İtaliya komandası olacaq.


