ACF tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edildi

ACF tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edildi

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 25 klub və idman təşkilatına 5 il müddətinə lisenziya təqdim edilib.

"Mediasport" xəbər verir ki, sözügedən qurumlar tələb olunan sənədləri müəyyən olunmuş qaydalara uyğun şəkildə təqdim edib və müvafiq meyarlar əsasında seçimdən keçiblər.

Təqdimat mərasimində ACF-nin idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti və əhəmiyyəti, eləcə də klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bundan əvvəl ACF tərəfindən 202 klub və idman təşkilatına lisenziya təqdim olunub.