Gələcəyin peşəkar cüdoçusu olmaq istəyənlər üçün - QƏBUL BAŞLADI
Respublika Olimpiya İdman Liseyi (ROİL) 2026–2027-ci tədris ili üçün cüdo bölməsinə qəbula başlayır.
"Mediasport" xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman mərkəzinə 7–11-ci siniflər üzrə müraciətlər qəbul ediləcək.
ROİL bir çox üstünlükləri ilə seçilir:
Azərbaycan Cüdo Federasiyası tərəfindən əsaslı təmir olunmuş və ən müasir idman avadanlıqları ilə təchiz edilmiş məşq zalı;
ROİL və Azərbaycan Cüdo Federasiyasının təsdiq etdiyi yüksək ixtisaslı məşqçilər;
Tədris və məşq prosesinə Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsi tərəfindən metodiki və təşkilati dəstək göstərilir;
Keyfiyyəıtli ümumi orta təhsillə yanaşı, peşəkar idman və yüksək səviyyəli cüdo hazırlığı;
Rahat internat şəraitində gündə 3 dəfə qidalanma, yataqxana və zəruri yaşayış şəraiti ilə təminat;
Qəbul imtahanı
▫️ İmtahanda yalnız cüdo üzrə müvafiq bilik və bacarıqlara malik namizədlər iştirak edə bilərlər
▫️ İmtahan Azərbaycan Cüdo Federasiyasında keçiriləcək. Namizədlərin bacarıqları Federasiyanın təcrübəli mütəxəssislərindən ibarət qəbul komissiyası tərəfindən qiymətləndiriləcək
Qəbul üçün tələb olunan sənədlər
1. Lisey direktorunun adına ərizə
2. Sağlamlıq haqqında arayış (Forma №026 və ya Forma №086) – əsli və surəti
3. Qanın ümumi analizinin nəticəsi
4. Yaşayış yerindən arayış
5. Oxuduğu məktəbdən arayış və qiymət cədvəli
6. Doğum haqqında şəhadətnamə – əsli və 2 ədəd surəti
7. Valideynlərin şəxsiyyət vəsiqələri – əsli və surəti
8. 3×4 sm ölçüdə 2 ədəd fotoşəkil
9. Azərbaycan Cüdo Federasiyasının göndərişi
Sənədlərin qəbulu: 25 avqust
Sənədlərin qəbul ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 36
Çağrı mərkəzi: 8558
Qəbul imtahanı: 19 və 27 avqust
İmtahanın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 128
Vaxt itirmə! Gələcəyin çempionu bu gün formalaşır
Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qoşul, keyfiyyətli təhsil və peşəkar idman hazırlığını eyni məkanda əldə et.


