Azərbaycan millisi Skopyedə Avropa Kubokunun qalibi oldu

Azərbaycan millisi Skopyedə Avropa Kubokunun qalibi oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa Kubokuna yekun vurulub.

"Mediasport" xəbər verir ki, son yarış günündə təmsilçilərimizdən Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallar qazanıblar.

Daha əvvəl Nihad Məmişov (60 kq) və Abil Yusubov (73 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc mükafat əldə ediblər.

Beləliklə, millimiz 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında 1-ci yeri tutub.