ACF tərəfindən 80 idman zalına 6000-dək tatami təhvil verilib

ACF tərəfindən 80 idman zalına 6000-dək tatami təhvil verilib

2025-ci ildə Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək tatami təhvil verilib.

ACF-dən "Mediasport"a verilən məlumata görə, 2022-ci ildən etibarən Bakı və regionları əhatə edən genişmiqyaslı dəstək çərçivəsində federasiya tərəfindən 179 idman zalına ümumilikdə 13 200 tatami paylanılıb.

Bununla paralel olaraq, 2022–2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib.