Cüdo üzrə dünya çempionatı: Quliyev bürünc medal qazandı

  Cüdo üzrə dünya çempionatı: Quliyev bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçirilir.

"Mediasport" xəbər verir ki, Anar Quliyev (50 kq) bürünc mükafata sahib çıxıb.

Məhəmmədəli Hüsiyev (55 kq) üçüncülük uğrunda mübarizədə litvalı Adris Yakubauskasa uduzub.

Xədicə Abdullayeva ilə Gülşən Hüseynova (hər ikisi 44 kq) əvvəlcə 1/4 finalda, daha sonra təsəlliverici dueldə məğlub olublar.

Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) 1/16 finalda uduzublar.

Dünya çempionatında fərdi mübarizələr avqustun 30-da bitəcək.

Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.