AFFA rəhbərliyi Suraxanıda "Qarabağ"ın bazasını ziyarət etdi

AFFA rəhbərliyi Suraxanıda "Qarabağ"ın bazasını ziyarət etdi

AFFA rəsmiləri "Qarabağ" FK-nın qonağı olublar.

"Mediasport" xəbər verir ki, assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, müavinləri Kamran Vəliyev və Elçin Məmmədov Ağdam klubunun bazasını ziyarət ediblər.

"Qarabağ"ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev qonaqlarla fikir mübadiləsi aparıblar.

Emrah Çelikel qonaqlara xatirə hədiyyəsi olaraq komandanın formalarını təqdim edib.