"Bu dəfə də fərdi səhvlərimiz ucbatından qollar buraxdıq"

"Bu dəfə də fərdi səhvlərimiz ucbatından qollar buraxdıq"

“Ötən dəfə də qeyd etdiyim kimi, hazırlıq oyunlarında nəticə əsas deyil. Önəmli olan bütün oyunçuları iş başında görmək və müxtəlif taktiki gedişləri yoxlamaqdır".

"Mediasport" xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç səsləndirib.

Serbiyalı mütəxəssis Türkiyə toplanışı çərçivəsində ölkəsinin OFK klubuna 1:4 hesablı məğlubiyyəti şərh edib:

"Bu gün də həm təcrübəli, həm də gənc futbolçuların oyununu gördük və həmçinin bir neçə taktiki gedişi sınadıq. Hələ də bəzi boşluqlarımızın olduğunu deməliyəm.

Bu dəfə də fərdi səhvlərimiz ucbatından qollar buraxdıq. Bütün bunların fərqindəyik. Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq.

Qarşıda bir yoxlama oyunumuz qalıb. Ümid edirik ki hazırlıq prosesinin sonuna qədər qarşımıza qoyduğumuz bütün tapşırıqları icra edib çempionatın ikinci yarısına tam hazır olacağıq”.

Xatırladaq ki, sumqayıtlılar Antalyada ilk yoxlama matçında Macarıstanın "Pakş" klubuna 1:5 hesabı ilə uduzmuşdu.