Afrika Millətlər Kuboku Mərakeş millisinin qələbəsi ilə start götürdü
Mərakeşin paytaxtı Rabatda Afrika Millətlər Kuboku start götürüb.
"Mediasport" xəbər verir ki, Afrika qitəsinin ən nüfuzlu yarışının açılış günündə bir görüş keçirilib.
A qrupunda yer alan meydan sahibi komanda Komor adalarının yığması ilə qarşılaşıb.
Matç Valid Reqraqinin baş məşqçisi olduğu Mərakeş millisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Bu gün turnirdə daha iki oyun olacaq - A qrupunda Mali Zambiyanı (18:00), B qrupunda Cənubi Afrika Respublikası Anqolanı (21:00) sınağa çəkəcək.
Xatırladaq ki, yanvarın 18-də yekunlaşacaq turnirin final mərhələsində 6 qrupda 4 kollektiv olmaqla, 24 ölkənin yığması mübarizə aparır.
Yarış 2 ildən bir keçirilir, son qalib 2023-cü ildə Fildişi Sahili futbolçuları olublar.
