"Qalatasaray" "Liverpul"u yenə məğlub etdi - Çempionlar Liqası

"Qalatasaray" "Liverpul"u yenə məğlub etdi - Çempionlar Liqası

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, Türkiyənin yarışdakı təmsilçisi "Qalatasaray" "Liverpul"la ilk görüşünü İstanbulda keçirib.

Gərgin qarşılaşma Okan Burukun komandasının 1:0 hesablı qələbəsilə yekunlaşıb. Yeganə qolu 6-cı dəqiqədə Mario Lemina vurub.

Cavab oyunu bir həftə sonra "Enfild"də baş tutacaq.

Xatırladaq ki, bu komandaların Liqa mərhələsində reallaşmış matçında da "Qalatasaray" eyni hesabla qələbə qazanmışdı.


UEFA Çempionlar Liqası. 1/8 final mərhələsi. İlk oyunlar


"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:1

"Atalanta" (İtaliya) - "Bayern" (Almaniya) 1:6

"Atletiko" M. (İspaniya) - "Tottenhem" (İngiltərə) 5:2