İlk iki 1/4 finalçının adı məlum oldu - Afrika Millətlər Kuboku

İlk iki 1/4 finalçının adı məlum oldu - Afrika Millətlər Kuboku

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, bununla ilk 1/4 finalçıların adları məlum olub.

Sudan yığmasını məğlub edən (3:1) Seneqal və penaltilər seriyasında Tunis futbolçularından üstün (3:2) olan Mali milli komandası adını növbəti raunda yazdırıb.

Bu gün daha iki kollektiv Mərakeş - Tanzaniya və Cənubi Afrika Respublikası - Kamerun qarşılaşmalarından sonra 1/4 finala vəsiqə əldə edəcək.

Turnir yanvarın 18-də yekunlaşacaq.