AGİN rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycanda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunur.
Ümumxalq Hüzn Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, həmçinin nazirliyin strukturunda fəaliyyət göstərən qurumların nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların xatirəsini dərin hörmət və ehtiramla anıblar.
20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik iradəsinin və milli birliyinin əbədi rəmzidir.
