Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - FOTO

Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - FOTO

Azərbaycan milli komandası və “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə uşaq sığınacağını ziyarət edib.

"Mediasport" xəbər verir ki, gənc futbolçu “Qarabağ Ordu” azarkeş qrupunun üzvləri ilə birlkdə “Ümid yeri” uşaq sığınacağına baş çəkib.

Axundzadə sığınacağın sakinləri ilə maraqlı vaxt keçirib, onlara imzalı formalar və müxtəlif hədiyyələr bağışlayıb.