Alleqri "Milan"a qayıtdı - RƏSMİ

Alleqri "Milan"a qayıtdı - RƏSMİ

Dünən portuqaliyalı Serjiu Konseysau ilə yollarını ayıran İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "rossonerilər"i yenidən Massimilano Alleqri çalışdıracaq.

57 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Son olaraq ötən il "Yuventus"da işləmiş Alleqri 2010-2014-cü illərdə də milanlılara rəhbərlik edib.

Onun rəhbərliyi altında “Milan” 2010/2011-ci illər mövsümündə İtaliya çempionu olub və İtaliya Superkubokunu qazanıb.