İtaliya A Seriyasını tərk edəcək 3 komandadan ikisi dəqiqləşdi
Mövsümün sonunda futbol üzrə İtaliya A Seriyasını tərk edəcək 3 komandadan ikisi dəqiqləşib.
"Mediasport" xəbər verir ki, "Piza" və "Verona" elitanı tərk edəcək.
Müvafiq olaraq 18 və 19 xalları olan kollektivlərin mövsümün sonuna 4 tur qalmış liqada yerlərini qorumaq fürsətləri əldən çıxıb.
Xatırladaq ki, "Piza" A Seriyasına 35 ildən sonra yüksəlmişdi.
Çempionatdan düşmə zonasında qərarlaşmış üçüncü komanda "Kremoneze"dir.
28 xalı olan kollektivi 32 xalla "Leççe" qabaqlayır.
