"Araz-Naxçıvan" ÇL matçı üçün iştirak ərizəsini UEFA-ya göndərdi
Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Benfika"nın qonağı olacaq "Araz-Naxçıvan" iştirak ərizəsini UEFA-ya göndərib.
"Mediasport" xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç formal xarakterli səfər üçün 13 futzalçı sifariş edib.
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli;
Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Jan Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valero Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleksanderson Teyşeyra.
Lissabondakı "Pavilao Fidelidade" arenasında baş tutacaq görüş Bakı vaxtilə saat 21:30-da başlanacaq.
Xatırladaq ki, təmsilçimiz ötən həftə Bakıda keçirilmiş ilk dueldə Portuqaliya çempionuna 0:9 hesabı ilə uduzub.
