Ayxan Abbasov Bakıda səfərdə olan Canni İnfantino ilə görüşdü
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Bakıda səfərdə olan FİFA prezidenti Canni İnfantino ilə görüşüb.
"Mediasport" xəbər verir ki, yığmamızın çalışdırıcısı beynəlxalq qurumun rəhbərii lə ayaqüstü söhbətdə Bakıda keçirilən FİFA U-15 Dünya Kuboku və Festivalı haqda fikir mübadiləsi aparıb.
Qeyd edək ki, İnfantino oktyabrın 23-dən Azərbaycandadır.
15 yaşlıların dünya çempionatı tarixdə ilk dəfə keçirilir və yarışa Bakı ev sahibliyi edir.
FİFA-ya üzv 189 ölkənin milli komandası Hövsan Yarış Kompleksində mübarizə aparır.
Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 24-də start götürən turnir oktyabrın 30-da yekunlaşacaq.

