"Araz-Naxçıvan" və "Sabah"ın pley-offda potensial rəqibləri məlumdur

"Araz-Naxçıvan" və "Sabah"ın pley-offda potensial rəqibləri məlumdur

UEFA Avropa Konfrans Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanan "Araz-Naxçıvan" və "Sabah"ın pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Elmar Baxşıyevin komandası "Omoniya"nı (Kipr) mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

Valdas Dambrauskasın çalışdırdığı "Sabah" isə "Levski"ni (Sofiya, Bolqarıstan) məğlub etsə, Avropa Konfrans Liqasının pley-off mərhələsində AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, pley-off matçları 21 və 28 avqustda baş tutacaq.