Erlinq Holandan unikal göstərici

Erlinq Holandan unikal göstərici

Norveç milli komandasının futbolçusu Erlinq Holan dünya çempionatlarında unikal göstəriciyə imza atıb.

"Mediasport" xəbər verir ki, 26 yaşlı hücumçu bu uğura DÇ-2026-nın 1/8 final mərhələsində Braziliya yığmasının qapısına iki dəfə yol tapmaqla nail olub.

Forvard mundiallarda debüt matçında qol sayını 7-yə çatdırmaqla 1974-cü ildə polşalı Qjeqoj Lyatonun rekordunu yeniləyib.