FİFA ilin futbolçusu olmağa namizədlərin siyahsını dərc etdi
FİFA 2025-ci ilin yekunlarına əsasən ən yaxşı futbolçu mükafatına namizədlərin siyahısını açıqlayıb.
"Mediasport" xəbər verir ki, namizədlər siyahısına 11 futbolçu var.
Usman Dembele, Əşrəf Hakimi, Nuno Mendes, Vitinya (hamısı PSJ, Fransa), Harri Keyn ("Bayern", Almaniya), Kilian Mbappe ("Real", İspaniya), Koul Palmer ("Çelsi", İngiltərə), Pedri, Rafinya, Lamin Yamal (hamısı "Barselona", İspaniya) və Məhəmməd Salah ("Liverpul", İngiltərə) qalib adı uğrunda yarışır.
Xatırladaq ki, mükafatı son olaraq ötən il "Real"ın braziliyalı hücumçusu Vinisius Junior qazanıb.
