Avropa çempioantına yollanacaq millimizin heyəti açıqlandı - SİYAHI

Avropa çempioantına yollanacaq millimizin heyəti açıqlandı - SİYAHI

Gələn ay Slovakiyanın Bratislava şəhərində keçiriləcək güləş üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalaının heyətini açıqlayıb.

"Mediasport" Dünya Güləş Birliyinə (UWW) istinadən xəbər verir ki, ölkəmizi mötəbər yarışda 27 pəhləvan təmsil edəcək.

Sərbəst güləş: İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Qeybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Orxan Abasov (79 kq), Arseni Djioyev (86 kq), Osman Nurməhəmmədov (92 kq), Abubakr Abakarov (97 kq) və Giorgi Meşvildişvili (125 kq);

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq);

Qadın güləşi: Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alena Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Ruzanna Məmmədova (65 kq) və Elis Manolova (68 kq).

Qitə birinciliyi aprelin 7-dən 13-dək baş tutacaq.