Millilərimizin beynəlxalq yarışlar üçün heyəti açıqlandı - SİYAHI

Millilərimizin beynəlxalq yarışlar üçün heyəti açıqlandı - SİYAHI

Çimərlik güləşi üzrə 2 nüfuzlu beynəlxalq yarışda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

34 ölkədən 200-dən çox idmançının qatılacağı yarışlarda baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında 37 güləşçimiz mübarizə aparacaq

27 avqustda keçiriləcək U-17 dünya çempionatında 22 təmsilçimiz yarışacaq.

Oğlanlar arasında Əlirza Heybətli, Elcan Həsənov, Ömər Zeynalov (hamısı 60 kq), Rəşad Əliyev, Rəşid Nəzərov, Tunar Quliyev (hamısı 70 kq), Ruslan Vəliyev, Nihad Süleymanlı, Ömər Vəliyev (hamısı 80 kq), Elvin Hacıquliyev, Elvin Necəfzadə və Elgün Kərimli (hamısı 90 kq) çıxış edəcək.

Qızların mübarizəsində isə Gülnar Ağadadaşova, Nərgiz Adilova, Vəfa Orucova (hamısı 45 kq), Ülviyyə Musayeva, Günel Kərimli, Nəzrin Əhmədli (hamısı 55 kq), Fidan Babayeva, Rəna Nuriyeva, Mədinə Qasımova (hamısı 65 kq) və Simurə Abdullayeva (75 kq) gücünü sınayacaq.

28-29 avqustda təşkil ediləcək Dünya Seriyasının IV mərhələsində isə 15 təmsilçimiz iştirakçılar sırasında yer alacaq.

Kişilərin yarışında Rübail İbrahimli, İbrahim Musayev, İmamhüseyn Nəbiyev (hamısı 70 kq), Sahib Dadaşov, Vüsal Əliyev, Cavid Niftəlizadə (hamısı 80 kq), Əşrəf Aşırov, Ramiz Həsənov, Fərid Cabbarov (hamısı 90 kq), Camal Feyziyev və Rəvan Musayev (hər ikisi +90 kq), qadınların turnirində isə Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (60 kq), Nigar Mirzəzadə və Zəhra Kərimzadə (hər ikisi 70 kq) çıxış edəcək.

Turnir avqustun 27-29-u aralığında "Sea Breeze" istirahət mərkəzində təşkil ediləcək.