Cüdoçularımızdan növbəti 3 medal - Avropa çempionatı
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərindəki Avropa çempionatı
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz üçüncü yarış günündə daha üç medal qazanıblar.
Ayxan Həsənli (-81 kq) üçüncü yer uğrunda görüşdə sloveniyalı Maks Çebulya tam üstünlüklə qalib gələrək yeniyetmələr arasında Avropa çempionatının bürünc medalını əldə edib.
Yaqub Məmmədov (-81 kq) üçüncü yer uğrunda qarşılaşmada estoniyalı Aleksey Kikası ipponla məğlub edərək qitə birinciliyinin bürünc medalına yiyələnib.
Ömər Axundov (-90 kq) qitə birinciliyinin gümüş medalına sahib çıxıb.
Yığmamız yarışın ilk gününü 5 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) başa vurub.
40 kq çəkidə yarışan 15 yaşlı Zəhra Quliyeva, 50 kq-da Nihad Ağayev komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qitə birincisi olub.
Digər medalları İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) qazanıblar.
Dünən isə Sadiq Məmmədov (73 kq) gümüş, İlkin Qarayev (66 kq) bürünc medala yiyələnib.


