Azərbaycanın 9 güləşçisi beynəlxalq turnirdə iştirak edəcək

 Azərbaycanın 9 güləşçisi beynəlxalq turnirdə iştirak edəcək

Bu gün Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürəcək.

"Mediasport" xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə həsr olunan yarışda 10 ölkədən 200-dən artıq idmançı iştirak edəcək.

4-cü dəfə keçiriləcək memorialda Azərbaycan yığması məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında Rəşad Məmmədov, Fərid Sadıxlı (hər ikisi 55 kq), Məhəmməd Şükürzadə (67 kq), Təvəkgül Həziyev (72 kq), Rəvan Nuriyev (77 kq), Laçın Vəliyev (87 kq), Arif Niftullayev, Məhəmməd Əhmədiyev (hər ikisi 97 kq) və Sərxan Məmmədovla (130 kq) təmsil olunacaq.

İki gün davam edəcək turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyacaq.