Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar müəyyənləşdi

Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar müəyyənləşdi

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub.

"Mediasport" xəbər verir ki, 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində hər iki turnirdə bir matç başa çatıb.

Türkiyəli Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" (Ukrayna) Niderland səfərində AZ klubu ilə bərabərə qalıb - 2:2.

İlk dueldə 3:0 hesablı qələbə qazanan ukraynalılar adlarını yarımfinala yazdırıblar.

Ötən həftə Almaniyada "Selta Viqo"ya şans verməyən (3:0) "Frayburq" rəqibini İspaniyada da məğlub edərək (3:1) yarımfinala yüksəlib.

Digər cavab qarşılaşmaları bir azdan (23:00) start götürəcək.