UÇL-da liqa mərhələsinə vəsiqə qazanacaq klublar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
"Mediasport" xəbər verir ki, birinci oyun günündə 3 görüş keçiriləcək və turnirin liqa mərhələsinə vəsiqə qazanacaq klublar müəyyənləşəcək.
Qitənin nüfuzlu klub turnirində bu mövsümün sürpriz komandalarından "Kayrat" evdə "Seltik" səddini aşmağa çalışacaq.
Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" isə sabah Bakıda "Ferensvaroş"la cavab oyununa çıxacaq.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
20:45 "Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) İlk oyun 0:0
23:00 "Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya) İlk oyun 2:1
23:00 "Şturm Qrats" (Avstriya) - "Budö Qlimt" (Norveç) İlk oyun 0:5