Azərbaycan millisinin hücumçusu Yunanıstan klubunda oynayacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Avropaya qayıdıb.
"Mediasport" xəbər verir ki, son mövsümü Braziliyada keçirən hücumçu "Osasko" ilə vidalaşıb.
Təcrübəli voleybolçu karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panionis”lə 1 illik müqavilə bağlayıb.
Yunanıstan 35 yaşlı Rəhimovanın karyerasında 9-cu ölkə olacaq.
Daha əvvəl Azərbaycan, Cənubi Koreya, Yaponiya, Türkiyə, İtaliya, İndoneziya, Vyetnam və Braziliyada çıxış etmiş Polina son mövsümdə Braziliya çempionu olub.