"Neftçi" Rumıniya klubundan sol vinger transfer etdi - Özü açıqladı

"Neftçi" Rumıniya klubundan sol vinger transfer etdi - Özü açıqladı

Rumıniyanın "Botoşani" komandasının futbolçusu Sebastyan Maylat karyerasını “Neftçi”də davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi bu haqda yerli mediaya açıqlamasında deyib.

Rumıniyalı sol cinah vingeri klublar arasında danışıqların son mərhələdə olduğunu qeyd edib:

“Bunu irəliyə doğru addım hesab edirəm. Ötən mövsüm yaxşı çıxış etdim və gözləntilərim var idi.

Arzum daha güclü çempionatlarda oynamaqdır. Klublar demək olar ki, razılığa gəliblər, son qərarı mən verəcəyəm”.

Məlumata görə, “ağ-qaralar” keçidə görə qarşı tərəfə 400 min avro təzminat ödəyəcəklər.

Xatırladaq ki, Maylat 2025-ci ildən formasını geyindiyi "Botoşani"də 42 oyuna 14 qol vurub.