Arda Gülər mövsümü erkən başa vurdu - Vinger DÇ-yə hazır olacaq

 Arda Gülər mövsümü erkən başa vurdu - Vinger DÇ-yə hazır olacaq

Türkiyə milli komandasının futbolçusu Arda Gülər zədələnib.

"Mediasport" xəbər verir ki, Madrid "Real"ının vingerinin sağ ayağının biseps bud əzələsində zədə aşkarlanıb.

Məlumatı İspaniya nəhənginin rəsmi səhifəsi paylaşıb. Onun mövsümü erkən başa vurduğu bildirilir.

21 yaşlı Gülərin 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı ehtimal edilir.