Premyer Liqa klubu daha bir futbolçu ilə yeni müqavilə imzaladı

Premyer Liqa klubu daha bir futbolçu ilə yeni müqavilə imzaladı

2025/2026 mövsümündə Premyer Liqada mübarizə aparacaq "Karvan" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Əli Abdullayevlə 1 illik yeni müqavilə imzalayıb.

Müdafiəçi ötən mövsümü aranlıların heyətində 25 oyun keçirib.

Xatırladaq ki, "Karvan" buna qədər daha 4 futbolçu ilə sözləşmənin müddətini uzadıb.