Azərbaycan boksçusu ikinci dəfə Avropa çempionu adını qazandı

Azərbaycan boksçusu ikinci dəfə Avropa çempionu adını qazandı

Çexiyanın Ostrava şəhərində boks üzrə U-19 Avropa çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyində 5 medal qazanıb.

Son yarış günündə 50 kq çəki dərəcəsində finalçımız Bilalhəbəşi Nəzərov çempion olub.

Boksçumuz bununla da ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.

Banuçiçək Nəsirli (48 kq) gümüş, Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) isə bürünc mükafat əldə ediblər.