Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın qadın boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.com.az xəbər verir ki, yığmamızı İlkin Ağayev çalışdıracaq.

Onun qarşısına qadın boksunun inkişafı, beynəlxalq arenada uğurlu çıxış məqsədi qoyulub.

36 yaşlı mütəxəssis boksçu karyerasında yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropa birinciliyində finala kimi yüksəlib.

Dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi olub, 2017-ci ildən isə məşqçi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, İlkin Ağayev son 3 ildə qadınlardan ibarət Azərbaycan yığmasında çalışıb.