"Qarabağ" Bəhlul Mustafazadə ilə bağlı açıqlama yaydı
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir.
Ağdam təmsilçisindən "Mediasport"a verilən məlumata görə, müdafiəçinin meydanlara qayıdışının təxminən 5 həftə ərzində baş tutacağı gözlənilir.
Aparılan müayinələrin nəticələrinə əsasən, xroniki simfizit (osteitis pubis) diaqnozu (qasıq nahiyəsində xroniki zədə) qoyulan futbolçunun vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və bərpa prosesi plan üzrə davam edir.
Əvvəlki zədə ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi tam normal gedir və həmin nahiyə üzrə hər hansı narahatlıq və ya problem qeydə alınmayıb.


