Azərbaycan çempionatında iştirakçı komanda sayı artırıldı

 Azərbaycan çempionatında iştirakçı komanda sayı artırıldı

Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların rəsmiləri iştirak ediblər.

Daha sonra qarşıdakı mövsümlə bağlı məlumat verilib. Bildirilib ki, yeni mövsümdə komanda sayı artırılacaq.

16 klubun mübarizə aparacağı liqa oktyabrın 27-də start götürəcək.


Azərbaycan çempionatı. 1-ci tur


"Sumqayıt" - "Buxar"

"Bakı 145" - "DİN İdman Cəmiyyəti"

"Lənkəran" - "Atəşgah Suraxanı"

"Start Bakı" - "Aznur"

"Siyəzən" - "Gənclərbirliyi"

"Borçalı" - "Lerik"

"Cənub" - "Galaxy"

"Birbaşa Bakı" - "Zirə"