"Sabah" Çempionlar Liqasında 4-cü oyununu da məğlub başa vurdu

 "Sabah" Çempionlar Liqasında 4-cü oyununu da məğlub başa vurdu

“Sabah” basketbol klubu FİBA Çempionlar Liqasının əsas mərhələsində 4-cü tur oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan Rimas Kurtinaytisin komandası Bakıda Fransanın "Elan Şalon" kollektivi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən matç qonaqların qələbəsi ilə yekunlaşıb - 89:87.

Hesabında 4 xalı olan Azərbaycan çempionu qrup sonuncusudur.

Qrupda bütün görüşlərdə məğlub olan təmsilçimizin növbəti dueli dekabrın 9-da Bakıda Çexiyanın "Nimburk" klubuna qarşı olacaq.

"Elan Şalon" 8 xalla 1-ci, "Alba Berlin" (Almaniya) 7 xalla 2-ci, "Nimburk" isə 5 xalla 3-cü sırada qərarlaşıb.