Kənan Hacıəliyev və Sevinc Yusibova II dərəcəyə yüksəldilər

Kənan Hacıəliyev və Sevinc Yusibova II dərəcəyə yüksəldilər

Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb.

Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil olunan imtahanlardan uğurla keçiblər.

Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər

Bununla da ümumilikdə 8 azərbaycanlı hakim II kateqoriyaya yüksəlib.