"Sabah"a kubok və medalların veriləcəyi tarix məlum oldu

 "Sabah"a kubok və medalların veriləcəyi tarix məlum oldu

Azərbaycan Premyer Liqasının 32-ci turunda cari mövsümü çempion başa vuran "Sabah" "Neftçi"ni qəbul edəcək.

"Mediasport" xəbər verir ki, matç başa çatdıqdan sonra çempionluq kuboku və qızıl medallar Masazır təmsilçisinə təqdim edəcək.

Xatırladaq ki, "Sabah" - "Neftçi" görüşü mayın 17-də, saat 18:00-da keçiriləcək.