Azərbaycan çempionunun UEFA Çempionlar Liqası rəqibləri bilindi

Azərbaycan çempionunun UEFA Çempionlar Liqası rəqibləri bilindi

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan"ın ilkin mərhələdəki rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilib.

Azərbaycan çempionu F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya) və "Sparta" (Şimali İrlandiya) ilə qarşılaşacaq.

F qrupunun matçları avqustun 26-31-i aralığında Avstriyada baş tutacaq.