Yığma komandamız Avropa Kubokunu 10 medalla başa vurdu

Slovakiyanın Samorin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub.
Mediasport.com.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 10 medal qazanıblar.
Avropa Kubokunun ikinci günündə 73 kq çəkidə Səid Şərifov, 81 kq-da Amin Mehdiyev və Abdullah Rəhmətov, +90 kq-da Sübhan Axundov bürünc mükafat əldə edib.
Komandamız medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Qeyd edək ki, oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunan milli turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat qazanmışdı.