31 cüdoçumuz Belçikada beynəlxalq yarışda iştirak edəcək

 31 cüdoçumuz Belçikada beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan cüdoçuları Belçikada beynəlxalq açıq turnirdə iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, yarış yanvarın 31-dən fevralın 1-dək baş tutacaq.

Yarışda Azərbaycan 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.

Komandalara kişilərdən ibarət millinin böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində keçiriləcək.


Kişilər


60 kq

Babarəhim Mirzəyev

Murad Muradlı

Murad Əliyev

Fərid Qarayev

66 kq

Hüseyn Allahyarov

Yaşar Nəcəfov

Tofiq Məmmədov

73 kq

Kamran Süleymanov

Əbil Yusubov

81 kq

Cəsur İbadlı

Mehdi Abbasov

90 kq

Əli Qazıməmmədov

Zelim Tçkayev

100 kq

Davud Namazlı

Nihad Şıxəlizadə

+100 kq

Ramazan Əhmədov

Camal Feyziyev


Qadınlar


48 kq

Şəfəq Həmidova

Diana Tçkayeva

52 kq

Könül Əliyeva

Çinarə Sadıqova

Aydan Vəliyeva

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

57 kq

Ülviyyə Bayramova

63 kq

Fidan Əlizadə

Nərgiz Hacıyeva

70 kq

Aytac Qardaşxanlı

Südabə Ağayeva

78 kq

Nərmin Əmirli

+78 kq

Madina Kaisinova