Avropa çempionatı: Əhməd Yusifov bürünc medal qazandı

Avropa çempionatı: Əhməd Yusifov bürünc medal qazandı

Monteneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın beş təmsilçisi mübarizəyə qoşulub.

Onlardan yalnız Əhməd Yusifov (60 kq) medal qazanıb. Təmsilçimiz bürünc mükafat əldə edib.

60 kq-da yarışan digər cüdoçumuz Turan Bayramov, həmçinin Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) ümidləri doğrultmayıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.

Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.